
"Allah futbolçularımızın əziyyətini yerdə qoymasın. 2 ağır oyundan sonra bu gün çox güc sərf elədik. Bəhlul Mustafazadə Premyer Liqada ilk oyununa çıxdı".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov "Kəpəz"i 3:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra deyib.
Gənc mütəxəssis jurnalistlərin digər suallarını cavablandırıb...
- Gənc komandanız ovaxtkı "Xəzər”i xatırladırdı...
- "Xəzər” haqqında düşünmürdüm. İstəyimiz var ki, əvvəlki ənənəni qaytaraq. "Xəzər” kimi rəqiblərin canına qorxu salaq.
- Çernişevdən fərqli Qıstarovun oyunu elə də alınmırdı. Hətta tribunada belə narazılıqlar var idi...
- Tribunadakı narazılıqlar orda qalsın. Böyük seçimiz yox idi. 2 futbolçu var idi, onları da götürdük.