Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov özünə yeni komanda tapıb. 
Sportnet.az-ın məlumatına görə, 28 yaşlı hücumçu Premyer Liqanın autsayderi AZAL-la mövsümün sonunadək anlaşıb. Onunla rəsmi müqavilə sabah imzalanacaq. 
Qeyd edək ki, Vaqif Cavadov qış fasiləsində "Sumqayıt"dan ayrıldıqdan sonra klubsuz idi. 









                 





    
    
    
    
    
    
    
    
    




















































