
"Qarabağ”ın kapitanı Rəşad Sadıqovun zədəsi sağalmaq üzrədir. Bu haqda Sportnet.az-a komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib.
Onun sözlərinə görə, təcrübəli müdafiəçinin "Qəbələ” ilə fevralın 19-da səfərdə keçiriləcək matçda iştirakı mümkündür: "Rəşadın yaşıl meydana qayıdışı uzun müddətlik deyil. Onun gələn həftə komanda ilə tam olaraq məşq etməsi gözlənilir. Ciddi problemi yoxdur. Sadıqovun "Qəbələ” ilə matçı da buraxacağını indidən deyə bimərik. Hələ bilmək olmaz”.
Xatırladaq ki, Rəşad Sadıqov XVI turda AZAL-la oyun öncəsi zədələnib.
Mehman SÜLEYMANOV