"Qarabağ"ın futbolçusu Dani Kintana İspaniyada əməliyyat olunub.
Komandanın baş məşqçisi Qurban Qurbanov Sportnet.az-a açıqlamasında ispaniyalı yarımmüdafiəçinin əməliyyatının uğurlu keçdiyini bildirib: "Hər şey qaydasında olub. Bizimkilər Danini əməliyyat edən həkimlə danışıb. O, çox yaxşı həkim, tanınmış mütəxəssisdir. Dediyinə görə, uğurlu əməliyyat olub. Qalır bərpa prosesi".
Qurbanov Kintananın cari mövsümün sonunadək düşərgəyə qayıtmasının nəzərdə tutulduğunu söyləyib: "Dani maksimum 1 ay İspaniyada qalacaq. Bundan sonra gəlib bizim həkimlərin nəzarəti altında olacaq. İstənilən halda, futbolçu mövsümü buraxacaq. O, 5-6 ay rəsmi oyunlardan kənarda qalacaq".
Xatırladaq ki, Dani Kintana qış fasiləsindən sonra AZAL-la səfər oyununda ciddi zədə alıb.
Mehman SÜLEYMANOV