Sabah Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək. Sportnet.az-ın məlumatına görə, qış fasiləsindən sonra arxada qalan 3 turda olduğu kimi, matçlar 2 gündə bərabər sayda keçiriləcək.
Premyer Liqanın liderlərindən olan "Qarabağ"la "Qəbələ" yenə turun açılış günündə meydana çıxacaqlar. Fərq ondadır ki, bu dəfə qarşılaşmalarını səfərdə keçiriləcək. İlk 2 pillənin sahibləri Avropa Liqasına düşmək uğrunda mübarizə aparan "Zirə" ilə "Kəpəz"in qonağı olacaq. Gəncə təmsilçisi bu il doğma məkanda ilk dəfə oynayacaqsa, "Zirə" 3-cü ev matçına çıxacaq. Ayxan Abbasovun baş məşqçi postuna gəlişindən sonra zirəlilər öz meydanında yüzfaizli nəticə göstərib. "Kəpəz" isə qış fasiləsindən səfərdə hər 3 matçında məğlub olub və bu üzdən baş məşqçi Şahin Diniyevin istefası ilə bağlı müzakirələr daha da artır. Bu mənada təcrübəli mütəxəssis lider üzərində qələbə ilə başının üstünü aldığı "qara buludlar"ı qova bilər. Bu isə "Qarabağ" üzərində 18 oyundan sonra ilk qələbə olacaq.
"Kəpzə" kimi bu il 3 matçını uduzan AZAL "İnter"i qəbul edəcək. Ardıcıl 2-ci turdur Bakı derbisinə çıxan Zaur Svanadzenin komanadsı ötən turda "Neftçi"yə 1:3 hesabı ilə uduzub. Ümumiyyətlə, son 2 oyunda 5 xal itirən "İnter" liderlərdən uzaqlaşıb, 4-cü pillə ilə xal fərqinin azalmasına gətirib çıxarıb.
Bu komandanın ən yaxın izləyicisi yenidən "Sumqayıt" olub ki, qış fasiləsindən "gənclik şəhəri"nin təmsilçisi inamlı təsir bağışlayır. Bu dəfə rəqib "Neftçi" olacaq ki, Elxan Abdullayevin komandası da oyunu ilə xoş sözlərə layiqdir. "Neftçi" ardıcıl 3 səfər matçından sonra ilk ev oyununa çıxacaq ki, bu da diqqətiçəkən məqamdır. Onu da nəzərə alaq ki, "ağ-qaralar" "Sumqayıt"la son 3 matçda meydanı məğlub tərk edib.
12 fevral (bazar)
14:30. "Kəpəz” – "Qarabağ”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Orxan Məmmədov
Gəncə. Şəhər stadionu
Cari çempionatdakı oyunlar - 1:1, 0:1
16:30. "Zirə” - "Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rauf Cabbarov
Bakı. Zirə İdman Kompleksinin stadionu
Cari çempionatdakı oyunlar - 2:0, 1:0
13 fevral (bazar ertəsi)
15:00. AZAL – "İnter”
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Rəhim Həsənov
Bakı. "AZAL Arena” stadionu
Cari çempionatdakı oyunlar - 3:1. 3:0
17:30. "Neftçi” – "Sumqayıt”
Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Nahid Əliyev, Ziya Nəsirov
Bakı. "Bakcell Arena” stadionu
Cari çempionatdakı oyunlar - 1:2, 0:2