1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İtalyanların "Qəbələ"nin legionerinə məsləhəti
"Qəbələ"nin braziliyalı futbolçusu Rafael Santosun cərrahiyyə əməliyyatı olunması təxirə düşüb. Komandanın həkimi Roman Jolobaylyuk Sportnet.az-a açıqlamasında diz nahiyəsində meniskində zədə alan 33 yaşlı müdafiəçinin yollandığı İtaliyadakı həkimlərin belə məsləhət gördüyünü bildirib.
Ukraynalının sözlərinə görə, buna ən son variant kimi baxan həmkarları komandanın düşərgəsinə qayıdan Santos müalicəsini davam etdirməsini daha məqsədəuyğun sayıblar: "Əsasən iynələrlə bağlı olan müalicə kursu fevralın 23-də bitəcək. Ertəsi Rafaelin məşə çıxarmağa çalışacağıq. Görək vəziyyəti necə olur. Əgər həe şey qaydasında olda, deməli, mövsümü sonadək oynamaqla başa çatdıra biləcəyik. Əks halda əməliyyat qaçılmaz olacaq. Mən də bu sahədəki mütəxəssislərlə söhbət etdim. Onlar məsləhət gördülər ki, indiki halda konservativ müalicəni yoxlamaq olar. İstəyirik ki, vaxtı uzadaq, mövsümü başa çatdıraq".
Xatırladaq ki, Antalyadakı yoxlama oyunlarında zədələnən Rafael İtaliyaya bu yaxında həkimlərinin yanına yollamışdı. O, vaxtilə bu ölkədə "Bolonya"da çıxış edib.
Mehman SÜLEYMANOV