1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Diniyev heyətin yarısını dəyişdi
"Kəpəz”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının XVII turunda "Sumqayıt"a 1:3 hesabı ilə uduzduqları görüşdən sonra heyətdə radikal dəyişikliklərə əl atıb.
Sportnet.az-ın məlumatına görə, 51 yaşlı mütəxəssis "Qarabağ"la ev oyununda həmin heyətində az qala yarısını ehtiyat oyunçular skamyasına göndərib. Onlar litvalı qapıçı Tadas Simaitis, braziliyalı yarımmüdafiəçi Serjio Kosta, əslən iranlı orta sahə oyunçusu Əli Nuri, eləcə də yerli müdafiəçi Tural Nərimanovla yarımmüdafiəçi Vüqar Bəybalayevdir. Ötən oyunda ikinci hissədə meydana daxil olmuş hücumçu Tural Qürbətov isə bu dəfə ümumiyyətlə, 18-liyə daxil edilməyib. Əvəzində "Sumqayıt"la görüşdə meydana sonradan daxil olunmuş Julien Ebah və Nicat Qurbanov bu dəfə əsas heyətdədir.
"Kəpəz"in futbolçuları meydana iki rəngdən ibarət geyimlərini sintez edərək göy futbolka və sarı şortiklə çıxıblar. Soyuq hava şəraiti və meydanın palçıqlı olmasına baxmayaraq, meydan sahiblərinin oyunçuları qolları açıq formaya üstünlük veriblər.
Qeyd edək ki, "Kəpəz" - "Qarabağ" matçının ilk yarısından sonra hesab açılmayıb - 0:0.