
"Azarkeşlər üçün maraqlı oyun oldu. Futbolçular belə bir meydançada xarakter göstərdilər".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XVIII turunda "Kəpəz"ə səfərdə 1:0 hesabı ilə qlaib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, komandası bugünkü matçda qələbə üçün nə lazımdırsa, bəlkə də artığını edib: "Azarkeşlərimizə təşəkkür edirəm, bu gün də stadionda idilər. "Kəpəz" azarkeşlərinə də təşəkkür edirəm, məni və komandamı yaxşı qarşıladılar. Şahin Diniyev və "Kəpəz"ə qarşıdakı oyunlarda uğurlar arzulayıram".