"Neftçi"nin çexiyalı futbolçusu Zdenek Folprext Azərbaycan Premyer Liqasının XVIII turunda "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra brifinq keçirb. Sportnet.az-ın qarşılaşmada olan əməkdaşının məlumatına görə, yarımmüdafiəçi ilk olaraq görüş haqda fikirlərini bildirib...
- Fikrimcə, çox vacib qələbə oldu. Belə oyunlarda vurduğumuz qolun baxımlı olub-olmaması önəmli deyil. Burda vacib məsələ topu qapıdan keçirməkdir. Onu da demək istəyirəm ki, "Sumqayıt"ın qapıçısı bu gün sadəcə, möhtəşəm idi. Qol vurmaq şansıma gəlincə, həmin epizodda artıq sevinərək qaçırdım ki, qol oldu. Sonradan gördüm ki, bu qapıçı həmin zərbəni də çıxara bildi. O, sadəcə, fantastik br oyun sərgilədi.
- Belə qapıçını "Neftçi"də görmək istərdin?
- (gülür) Bizdə də çox yaxşı qapıçılar var. Fikrimcə, onlar komandamızın səviyyəsinə uyğundurlar.
- İlk hissədə az qol vəziyyəti yaratmağınızın səbəbi nə idi?
- Bəlkə də qara, meydana uyğunlaşmaq üçün bizə vaxt lazım idi. İkinci hissədə buna uyğunlaşdığımızdan, artıq rahat oynamağa başladıq. Məncə, əsas səbəb budur.
- "Neftçi" uzun fasilədən sonra turnir cədvəlində 7-ci pilləni tərk etdi. Bu haqda nə deyə bilərdin?
- Mən komandaya yeni gəlmişəm. Bu il 4 oyun keçirdik. İlə çox yaxşı başladıq. Əminəm ki, komandamız get-gedə turnir cədvəlində öz vəziyyətini yaxşılaşdıracaq.
- "Qarabağ" və "Qəbələ" ilə ardıcıl oynadınız. Hansı komandanı daha güclü sayırsan?
- Məncə, "Qarabağ" daha güclüdür. Bsxmayaraq ki, bu komanda iə heç-heçə etdik, "Qəbələ"yə məğlub olduq.
- Azarkeşlər necə düşünürə bilər: "Neftçi" artıq uğursuzluq zolağından çıxıb?
- Ümid edirəm ki, bu zolaqdan çıxdıq və hər br komandaya qarşı təhlükəli rəqibik.