1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Klublar nə istəyir? - FOTO
"Boulevard Hotel"də AFFA Klublar Komitəsinin 2017-ci ildə ilk iclası işə başlayıb. Sportnet.az-ın məlumatına görə, toplantının gündəliyinə 2 məsələ daxil edilib.
İlk məsələ əvəzedici komandaların oyunlarının əsas komandaların qarşılaşmalarından bir gün sonra keçirilməsi istəyidir.
İkinci məsələ U-10, U-11, U-12, U-13 və U-14 liqalarında final mərhələsinə yüksələ bilməyən komandaların daha çox sayda oyun keçirə bilməsi üçün təqvimin müzakirəsidir.
Qeyd edək ki, "Sumqayıt"ın prezidenti Kamran Quliyevin sədrlik etdiyi iclasa Premyer Liqanın bütün klubları - Fariz Nəcəfov ("Qəbələ"), Fikrət Hüseynov (AZAL), Orxan Hüseynzadə ("Neftçi"), Rəmiş Malıyev ("İnter"), Mikayıl Quliyev ("Kəpəz"), Asif Əsgərov ("Qarabağ") və Natiq İsmayılov ("Zirə") qatılıb.