1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Fariz Nəcəfov: "Kəpəz"in stadionunda futbol oynanılmaz!"
Premyer Liqada çıxış edən 4 klubun ev oyunlarını keçirdiiyi stadionun süni örtüklü olması Klubları Komitəsinin ötən iclasında "Qəbələ" tərəfindən təklif olunmuşdu. Aidiyyatı qurumlara müraciət olunması gündəmə gətirilmişdi. Amma çox təəssüf ki, klublarda vəziyyət başqa cürdür. Ona görə aidiyyatı qurumları günahlandırmıram". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov AFFA Klublar Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.
Onun fikrincə, AFFA stadion məsələsində klublara yalnız dəstək ola bilər: "Klubların stadionları çox bərbad durumdadır. Mən "Kəpəz"in "Qarabağ"la oyununu televiziya vasitəsilə izlədim. Gəncə şəhər stadionunun hazırkı durumu hansısa ucqar kənd meydanınkından da betərdir. Orada ümumiyyətlə futbol oynanılmaz! Mən buradan mətbuat vasitəsilə müraciət edirəm. Ona görə yox ki, növbəti iki tur sonra "Kəpəz"lə qarşılaşacağıq. Orada oynayarıq. Amma ən yaxın vaxtlarda o stadionda oyun dayandırılmalıdır. Gəncəli azarkeşlərə böyük hörmətim var. Onlar azərbaycanlı azarkeşlər arasında öncüllərdəndirlər və bəlkə də birincidirlər. Onları futbolsuz qoymaq olmaz. Amma dayandırmaq lazımdır ki, onlar da aidiyyatı təşkilatlardan tələb etsinlər və vəziyyət düzəlsin. Klub olaraq, biz də dəstək verə bilərik".
Nəcəfov gəncəlilərə öz köməklərini göstərməyə hazır olduqlarını da söyləyib: "Bilirsiniz ki, bizim stadionlar üzrə mütəxəssislərimiz çox dəyərli və keyfiyyətli ot örtüyü quraşdırıblar. Mən onların gəlməsinə kömək edə bilərəm. Hansısa formada kömək etməyə hazırıq ki, o cür regionda futbol meydanı olsun. Bu olmayan yerdə futbol yoxdur. Eləcə də AZAL-ın, "Zirə"nin meydanları çox bərbad gündədir. Belə yerdə futbol oynanılmaz. İnkişaf burdan başlanır".