
AZAL növbəti transferini həyata keçirir. Sportnet.az-ın məlumatına görə, "təyyarəçilər" Mərakeş milli komandasının sabiq futbolçusu Mehdi Taulini heyətinə cəlb edir.
34 yaşlı yarımmüdafiəçi yeni klubu ilə müqavilə imzalamaq üçün bu gün Bakıya gəlir.
Fransada anadan olan Mehdi bir vaxlar vətənində "Nansi" və "Monpelye"də, Almaniyada "Nürnberq"də, Şotlandiyada "Klimarnok"da oynayıb. Onun son son klubu 2013-16-cı illərdə çıxış etdiyi "Sivasspor" olub. Təcrübəli futbolçu Türkiyə komandasına 73 oyunda 3 qol vurub. Tauli millisində 5 matç keçirib.
Xatırladaq ki, AZAL-ın son transferi "Sumqayıt"la ayrıldıqdan sonra klubsuz olan millimizin sabiq hücumçusu Vaqif Cavadov olub.