"Qarabağ"ın və Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovu vida matçı keçirməyi planlaşdırır. Sportnet.az-ın məlumatına görə, 35 yaşlı futbolçu karyerasını nə vaxt bitirəcəyini dəqiqləşdirməsə də, yaşıl meydanda çıxışının bitirməsini təmtəraqla qeyd etmək fikrindədir: "Vida oyunu ilə bağlı iki variantım var. Bunlardan biri "Neftçi" - "Qarabağ" oyunu, digər milli komandamızın vaxtilə yığmada birgə çıxış etdiyim, legionerlərin iştirakı ilə də olan matçdır. Hələı seçim etməmişəm. "Qarabağ" - "Neftçi" qarşılaşması olarsa, hər hissədə bir komandanın formasında meydanda olacağam. Onların ikisi də mənə doğmadır".
Xatırladaq ki, Sadıqov 2009-cu ilin çıxış etdiyi "Qarabağ"adək 8 il "Neftçi"də oynayıb.