1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin stadionunda hazırda 27 sm qar var"
"Hazırda meydançada 27 santimetr qar var. Bunun bir gecədə yağması inanılmazdır. Birinci məsələ yağıntının dayanması idi ki, bu, baş verib. Bu, yaxşıdır".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ"nin ingiltərəli mütəxəssisi Filip Şarples klub televiziyasında açıqlamaısnda deyib. "Qırmızı-qaralar"da uzun müddətdir fəaliyyət göstərən, Qəbədələki meydançaların ot örtüyünə cavabdeh olan bu şəxs son vəziyyətlə bağlı danışıb. Məlum olduğu kimi, Qəbələyə yağan güclü qar əsas meydançanı da qara bürüyüb.
Şarples qarın dayanmasını 2 gün sonra keçiriləcək "Qarabağ"la ev oyunu öncəsi müsbət hal sayır: "İkinci hədəf sabah əvəzedicilərin oynayacağı süni meydançanı təmizləməkdir. Hər saatın tamamında qarın hündürülüyünü ölçürük. Meydnaçnaın altdan isitmə sistemi var və bu siste maksimum gücü ilə işləyir. Səthin hərarəti +27 dərəcəyə qalxacaq. Hazırda ərimə prosesi gedir. Saatda 1-2 santimetr qar əriyir. Səhər ölçdüyümüz zamanı 10 sm qar var idisə, hazırda bu 7 sm-ə qədər enib. Axşama 2 santimetrə qədər əriyəcəyini, səhərə isə qarın tamamilə əriyəcəyini düşünürəm. Biz sadəcə, ümid edə bilərik ki, qar yağmayacaq".
İngiltərəli mütəxəssis hava proqnozunun da belə dediyini vurğulayıb: "Qarlı hava Qəbələ, ölkənin bu bölgəsi üçün adi haldır. Buna alışmışıq. Bizim kollektivimiz meydanı hazır vəziyətə gətirməyə qadirdir. Heç bir şey oyunun keçirilməsinə mane ola bilməz".