1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İnter Arena"da hakim komediyası - VİDEO
Azərbaycan Premyer Liqasının XIX turunda "İnter"lə "Zirə" arasında keçirilən oyun zamanı mübahisəli hakim qərarı baş verib.
Sportnet.az-ın məlumatına görə, 41-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Mirsahib Abbasovun cinah ötürməsindən sonra qonaq komandanın müdafiəçisi Yovan Krnetanın ayağı ilə uzaqlaşdırmaq istədiyi top qapıçı Anar Nəzirova gəlib.
Nəzirov topu əlinə götürdükdə baş hakim Orxan Məmmədov "İnter"in lehinə qayda pozuntusu təyin edib. O, qapıçıya ötürmə qeydə alıb. Lakin "Zirə"nin futbolçularının etirazları və köməkçisi ilə qulaqcıqla danışdıqdan sonra Məmmədov qərarını dəyişdirib. Bundan narazı qalan "İnter"in müdafiəçisi Zurab Xizanişvili isə önündə sarı vərəqə görüb.
Qeyd edək ki, ilk yarıdan sonra "Zirə" qalib gəlir - 1:0.