1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Vaqif Cavadov: “Anji”yə erməni baş məşqçiyə görə getmədim"
"Qış fasiləsində "Anji”yə getmək söhbəti vardı. Məni tanıyanlar bilir ki, heç vaxt yalan danışmamışam”. Bu fikiləri Sportnet.az-a açıqlamasında Azərbaycan milli komandasının sabiq futbolçusu Vaqif Cavadov bildirib.
Qış fasiləsində "Sumqayıt”ın yollarını ayırdığı 28 yaşlı hücumçu xeyli vaxt klubsuz qaldı. Sonda AZAL-a keçən Vaqifin sözlərinə görə, Rusiyanın "Anji” klubu keçmək variantının real imiş. Sadəcə, Premyer Liqa təmsilçisi olan Mahaçqala klubunun baş məşqçisinin erməni olması planlarını pozub: "Bilsəydim, klubsuz qalacağam, AZAL-a tez qoşulub məşqlərimi edərdim. Komandaya yeni qoşulmuşam, 1 həftədir məşqlərində iştirak edirəm. Yayadək burdayam”.
Moskva "Spartak"ına məxsus olan əslən azərbaycanlı futbolçu Ayaz Quliyev isə Aleksandr Qriqoryanın baş məşqçisi olduğu "Anji”yə keçməyi üstün tutub. Maraqlıdır, Cavadov buna görə soydaşını qınayırmı?: "Hərənin öz fikri, öz həyatı var. Mənim həyatım belədir ki, bunu qəbul etmirəm”.