1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Zirə"nin sponsorlarını futboldan iyrəndirirsiniz"
"Mən "Qarabağ"ın vəkili deyiləm. Qurban Qurbanovla həyatda dostam. Onun övladları, qızı mənə baba deyir. Ancaq bizim münasibətlərin işə heç dəxli yoxdur".
Sportnet.az-ın məlumatına görə, bunu Peşəkar Futbol Liqasının preziednti Ramin Musayev deyib.
"Qarabağ" və "Zirə" klubları arasında yaxın münasibətlərin olması ilə bağlı gəzən söz-söhbətlərə münasibət bildirən qurum rəhbəri belə şeylərin həqiqətəuyğun olmadığını söyləyib: "Əvvəla, bu 2 klubun rəhbərləri arasında heç bir yaxın münasibət yoxdur. Bu, dəqiqdir. Qurban müəllim dindar adamdır. O, heç vaxt haram şeyə getməz. "Qəbələ" ilə "Zirə" arasındakı matçda heç-heçə hakim səhvi üzündən oldu. Burda nə "Qəbələ"nin, nə "Zirə"nin, nə də "Qarabağ"ın günahı var. Belə əsassız söz-söhbətləri qabartmaqla düzgün etmirsiniz. Bununla da "Zirə" klubunun sponsorlarını futboldan iyrəndirirsiniz. Onları futboldan küsdürmək olmaz".