
"Qarabağ" komandasının baş məşqçi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXIV turunda "Kəpəz" üzərində 2:1 qələbədən sonra mətbuat konfransına qatılıb. Sportnet.az-ın məlumatına görə, 45 yaşlı mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Çempionatın ən gərgin oyunlarından biri oldu. Mövsümün sonuna yaxın daha da çox olacaq. Vacib 3 xal qazandıq. 3 gündən bir oyun oynamaq problem yaradır. Futbolçularımız bu gün düzgün oynadılar. Təbrik edirəm hamısını.
- Oyunun gedişində "Qəbələ" - "Zirə" görüşünün hesabından xəbəriniz var idi? Yəni, rəqibinizin xal itirməyə doğru getdiyini bilirdiniz?
- Nəticəni oyundan sonra bildim. Bu barədə deyil, öz matçımızı düşünürdük.
- Növbəti matçlarınızı Tofiq Bəhramov Respublika stadionunda keçirməniz mümkündür?
- Hər şey "Azərsun Arenan"nın durumundan asılıdır. Bəli, "Neftçi" və "Qəbələ"ni burada qəbul edə bilərik.
- "Neftçi" düşərgəsində Azərbaycan kubokunun yarımfinalında "Qarabağ"ı keçməyin mümkünlüyü danışılır. Bu barədə nə deyə bilərsiniz?