"Topuğum bir anda çevrildi. Allah saxladı ki, ayağım sınmadı. Dartınma var, qansızma. MRT-dən sonra daha dəqiq bilinəcək durum nə yerdədi. Amma ağırdı vəziyyət. Çətin ki, tez qayıdam məşqlərə. Bir-iki həftəyə düzəlsəm böyük şeydi”. Bunu Sportnet.az-a açıqlamasında AZAL-ın üzvü Kamal Mirzəyev deyib.
Premyer Liqanın 24-cü turunun "İnter”lə oyununda 15-ci dəqiqədə zədələnərək yerini Samir Məsimova buraxan Mirzəyev həmin epizodla bağlı fikirlərinə bu cür davam edib: "Pərdis Fərcad-Azad toxundu bir az. Həm də meydança sünii olduğundan zədə alma rismi 99 faizdi. Bir faiz isə, bəxtin gətirsə, zədə almırsan. Ancaq belə alındı. Bəli, Pərdis axşam zəng edib hal-əhval tutdu”.