1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İnter" bir neçə sponsorla danışıq aparır
"Premyer Liqadakı 8 klubun hamısı növbəti mövsüm də elitada iştirak üçün ərizə verib. Eyni zamanda, I Diviziondan bir neçə klub müraciət edib. Lakin onların adlarını və sayını açıqlaya bilmərəm".
Bunu Sportnet.az-a açıqlamasında AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov deyib. O bildirib ki, hazırkı reqlamentə əsasən, AZAL sonuncu pilləni tutduğu üçün I Diviziona enməlidir. Lakin bu, baş verməyə də bilər: "Gələn mövsüm üçün neçə komandanın lisenziya alacağını indidən deyə bilmərik. Hər şey mayda bilinəcək. AFFA İcraiyyə Komitəsi xüsusi qərar çıxarsa, AZAL Premyer Liqada qala bilər. Amma bu məsələ mənim səlahiyyətimdə deyil. Biz lisenziyalaşdırma meyarlarına uyğun olaraq, sənədləri toplayırıq".
E.Məmmədov "İnter"in Avropa kuboklarında iştirak üçün lisenziya şanslarından da danışıb. O bildirib ki, UEFA-nın tətbiq etdiyi bir illik cəza artıq başa çatıb: "İndi əsas məsələ "İnter"in maliyyə meyarlarına nə dərəcədə uyğun gəldiyini müəyyənləşdirməkdir. Bilirəm ki, klub hazırda bir neçə sponsorla danışıqlar aparır. Amma necə olacağını indidən deyə bilmərəm".