1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ruslan Qurbanov: "Bu, sadəcə fəlakət olar" - MÜSAHİBƏ
"Qəbələ"nin hücumçusu Ruslan Qurbanovun Sportnet.az-a müsahibəsi...
- "Zirə” ilə matçda xal itirməyinizə səbəb nə oldu?
- Həqiqətən də çox vacib xallar itirdik. Halbuki həmin xallar mövqeyimizi yaxşılaşdıra bilərdi. "Zirə” ilə matçda çoxlu qol şansı əldə etdik. Amma yenə də reallaşdıra bilmədik. Təəssüflər olsun ki, vura bilməməyimiz bir yana, sonda bir qol da buraxdıq və vacib xallardan olduq.
- Demək olarmı ki, "Zirə” "Qəbələ”yə çempionluq yolunda böyük zərbə vurdu? Bakıdakı matçda da "Zirə”yə qalib gələ bilməmişdiniz...
- "Zirə” çox yaxşı komandadır və onlara qarşı oynamaq hər zaman çətin olub. Mübarizəmizi sona qədər aparacağıq. Necə olacağını isə tezliklə biləcəyik.
- Sabah ölkə kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında "İnter”lə oynayacaqsınız. Komanda bu matça necə motivasiya olunur?
- Təbii ki, biz "Zirə” ilə matçda vacib xallar itirdiyimizə görə çox üzgünük. Ancaq indi kubok haqda düşünməliyik. "İnter” güclü komandadır və bizi evdə onlara qarşı çətin matç gözləyir. Hesabı qorumalı və bununla yanaşı, öz imkanlarımızdan yararlanmalıyıq. Məhz bu cür biz finala adlaya bilərik.
- Qızıl medal şansınızı necə dəyərləndirirsən: Hələ də çempion olacağınıza inamınız qalıb?
- Mübarizəmizi sona qədər aparacağıq.
- "Qarabağ”ın sizdən savayı "Sumqayıt”, "İnter” və "Neftçi” ilə matçları qalıb. Səncə, Ağdam klubu hansı matçda xal itirə bilər?
- "İnter” özü üçün üçüncü pilləni sığortalayıb. "Neftçi” və "Sumqayıt” isə avrokuboklara vəsiqə uğrunda mübarizə aparırlar. Məhz buna görə düşünürəm ki, düzgün oynasalar, "Neftçi” və "Sumqayıt” "Qarabağ”dan xal ala bilər. "Qarabağ” çətin komandadır və onlardan bir xal almaq da ağırdır.
- Nə ölkə kubokunda, nə də Premyer Liqada titul qazanmasanız necə olacaq?
- Bu, sadəcə fəlakət olacaq. Amma bu haqda düşünmək belə istəmirik.