1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Çingiz Abdullayev "Neftçi"dən narazı, Markarovdan razıdır
"Neftçi"nin Müşahidə Şurasının sədri, xalq yazıçısı Çingiz Abdullayev "Moskva-Baku" nəşrinin suallarını cavablandırıb. Sportnet.az Ç.Abdullayevin müsahibəsinin futbolla bağlı hissələrini təqdim edir...
- Siz 3 həyat yaşayırsınız və hər 3 yerdə olursunuz...
- İcazə verin, sözünüzü kəsim... 3 yox, 18 yerdə çalışıram. Mən Beynəlxalq Qara və Xəzər dənizi Fondunun prezidenti, "Neftçi"nin Müşahidə, Milli Kitabxananın Qəyyumlar Şurasının sədri, Yazıçılar Birliyinin katibi və Pen-Klubun prezidentiyəm. Sadalamanı burada qurtaraq. Əsas odur ki, hələlik işlərimin öhdəsindən gəlirəm. Hətta yazıram, detektiv janrda yazan yeganə müsəlman yazıçı kimi qalıram.
- Hansı işiniz daha çox diqqət tələb edir?
- Futbol. Təəssüf ki, "Neftçi" çox da yaxşı çıxış etmir. Digər sahələrdə nə qədər uğurlu olduğumu bilmirəm. Amma mənə deyirlər ki, çox uğurluyam. Bax, ona görə futbolda da böyük uğurlarımın olmasını istərdim. Biz son 2 ildə Azərbaycan Kubokunun finalına çıxmışıq. Amma mən daha çox şey istəyirəm.
- Yerli futbolçulara üstünlük verməyi qərara almısınız. Amma Sizə elə gəlmirmi ki, bu, romantik və həyata keçməyən istəkdir?
- Niyə ki... Biz əcnəbi oyunçular da götürürük. Amma məni inandıra bilməzsiniz ki, özümüzünküləri də yetişdirmək lazım deyil. Öz kadrlarınızın olması çox vacibdir. Bu, gələcək üçün də vacibdir. Birinci komandanı hesaba almasaq, qalanları - həm uşaqlar, həm də yeniyetmələr ilk pillələr uğrunda oynayırlar. Hələlik uğurları olmayan əsas komandadan fərqli olaraq, burada çox böyük nailiyyətlər əldə olunub. İnanıram ki, belə uşaqların timsalında biz hazırda Azərbaycan futbolunun gələcəyini görürük.
- Bu il "Neftçi"nin 80 illik yubileyi tamamlanır...
- Bəli. Bu yaxınlarda biz bütün tanınmış veteranlarımızı dəvət etmişdik. Onlar Moksvadan, Ukraynadan, hətta İsveçdən gəlmişdilər. Sanki uşaqlıq illərinə qayıtmışdım. Elə bir dövrə ki, stadiona gedərək, onların oyunlarını izləyirdim. Bəzi veteranların yaşı 80-ə yaxınlaşıb. Amma onlar elə gəncdirlər, formalarını elə saxlayıblar ki... Onlara yığışaraq, Bakıya gəldikləri, hələ də öz klublarına azarkeşlik və daha artığını etdikləri üçün minnətdaram. 1960-cı illərdə bizim məşhur triomuz vardı: Banişevski, Tuayev və Markarov. Markarov Bakıda yaşamır...
- O, Ermənistanda yaşayır. Vaxtilə Markarovu "İki respublikanın əfsanəsi" adlandırırdılar...
- Bəli, tamamilə doğrudur. Markarov yenə də "Neftçi"yə azarkeşlik edir. Son illərin heç bir faciəvi hadisəsi onun sevimli komandasına sevgisini öldürməyib.