1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elxan Abdullayev: "Tənqid etsinlər, amma söyməsinlər"
"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev "Kəpəz"lə matçdan sonra mətbuat konfransı keçirib. O, ilk öncə oyun haqda fikirlərini bildirib.
"Belə meydançada oynamaq çətindir. Təəssüf ki, müdafiədə səhvlər oldu və qollar vuruldu. Meydan amili hər iki komanda üçün eyni idi. Kim qol vursa, o da qələbə qazanacaqdı. 1-ciyə baxmalıyam, amma 2-ci penalti təmiz idi".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev "Kəpəz"ə Gəncədə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXV tur matçından sonra mətbuat konfransında deyib.
Daha sonra 47 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...
- Kəskin heyət dəyişməsinin səbəbi nədir?
- Zədəllər çox idi. Bəhanə axtarmıram. Navalovski iynə ilə oynadı, Ruslan Abışov da zədəlidir. Petrovda, Dreksada problemlər var, hazır deyillər. Bir heyətlə ardıcıl 3 oyun keçirə bilmirik.
- Komandanı 7-ci pillədə təhvil almışdınız, yenidən həmin mövqeyə qayıtdınız. Bundan sonrakı hədəf nədir?
- Yenə irəliləmək. Qarşıda oyunlar var, daha yüksək pilləyə qalxmağa çalışacağıq.
- Rəqib qələbəyə layiq idi?
- Udublarsa, deməli, layiq idilər.
- Zədəlilər, meydan amili və s. Özünüzdə nə günah var?
- Özümdə o vaxt səhv görərdim ki, meydan yaxşı, heyət optimal olsun. Sözüm bəhanə kimi çıxmasın. Demirəm ki, günahım yoxdur. Var, özüm bilirəm. Məsuliyyəti boynumdan atmıram, ondan qaçmıram. Səhvləri düzəltməyə çalışacağam.
- Zədəlilərininzin çox olmasının səbəbi nədir?
- Qrafik. Heyətimiz geniş deyil. Bir ara 10 günə 3-4 oyun keçirdk, problemlər ortaya çıxdı. Heyətdə 28-30 futbolçu olmalıdır.
- "Forza Neftçi"ni tribunada görəndə təəccüblənmədiniz?
- O mövzunu açmaq istəmirəm. Onlarla yeganə problem odur ki, təhqir edirlər. Tənqid etsinlər, istefamı istəsinlər, amma söyməsinlər (Futbolinfo.az).