1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan Premyer Liqasında bütün medalçılar bilindi
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2016-2017 mövsümünün bütün mükafatçıları müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, "Qarabağ"la "Qəbələ"nin ardından "İnter"in də mövsümü medalla başa vuracağı dəqiqləşib.
Bu, Zaur Svanadzenin baş məşqçi olduğu komandanın XXV turda "Zirə" ilə səfər matçından 1:1 hesablı heç-heçə ilə ayrılmasından sonra müəyyənləşib. "Bankirlər" ən yaxın izləyicisi olan Ayxan Abasovun komandası ilə 11 xallıq fərqi qoruyublar. "Zirə"nin qalan 3 turda bu fərqi aradan qaldırması riyazi cəhətdən də mümkün deyil.
Digər tərəfdən, "İnter" çempionluq şanslarını itirib. Çünki bu komanda sona 3 tur qalmış lider "Qarabağ"dan 10 xal geri qalır. Çempionluğa Ağdam təmsilçisindən əlavə, "Qəbələ" də şanslıdır. "İnter" isə ən yaxşı halda gümüş medala iddia edə bilər.
Qeyd edək ki, hər 3 komanda Avropa kuboklarına vəsiqəni artıq təmin edib. Sonuncu vəsiqə uğrunda mübarizə isə "Zirə", "Sumqayıt", "Kəpəz" və "Neftçi" arasında gedəcək.