1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İnter"in taleyinə aydınlıq gəldi
Bakının "İnter” klubunun gələcək taleyi müəyyənləşib.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, "Azərbaycan Beynəlxalq Bank” ASC-nin sponsorluqdan imtinasından sonra aqibəti sual altına düşən paytaxt təmsilçisi fəaliyyətini davam etdirəcək. Lakin klubun büdəci cari mövsümdə olduğu kimi 6 milyon manat təşkil etməyəcək, ən azı iki dəfə azaldılacaq.
AFFA rəhbərliyi hazırda bununla bağlı bir neçə variantı gözdən keçirir. Fevralda "ağ-göylər”in idarəçiliyini öz üzərinə götürən federasiya ən pis halda növbəti mövsümdə Azərbaycan Premyer Liqası, ölkə kuboku və Avropa Liqasında iştirak üçün "İnter”ə 1 milyon manat vəsait ayıracaq.
Ancaq hazırda əsas məqsəd kluba yeni sponsorun tapılmasıdır. Çünki assosiasiyanın 1 milyonluq yardımı Premyer Liqa komandası üçün yetərli deyil. Bunu "Kəpəz”in timsalında da görmək mümkündür. AFFA bir və ya bir neçə sponsorun köməyi ilə kluba əlavə 2 milyon manat vəsait cəlb etmək istəyir.
Üstəlik, "İnter” Avropa Liqasının təsnifat mərhələsində ən azı bir rəqibini mübarizədən kənarlaşdıracağı halda, əlavə pul qazanmış olacaq. Sponsor tapılacağı təqdirdə, hazırkı heyətin aparıcı üzvlərinə nisbətən az maaşla komandada qalmaları təklif olunacaq. UEFA tərəfindən kluba qoyulan transfer qadağasının götürülməsi sual altında olduğundan, əvəzedici heyətdə yer alan futbolçulardan da əsas komandaya cəlb edilənlər olacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 2016/2017 mövsümündə ən azı bürünc medalları təmin edən "İnter” Avropa Liqasına vəsiqə qazanıb.