Son vaxtlar əsas heyətə düşə bilməyən Məhəmməd Mirzəbəyovun yayda komandasını dəyişəcəyi deyilir. "Qəbələ”nin müdafiəçisi mətbuatda "Neftçi”yə keçəcəyilə bağlı gəzən söz-söhbətlərə Sportnet.az-a açıqlamasında aydınlıq gətirib.
Mirzəbəyov məsələ haqda konkret heç nə deməyib: "Roman Qriqorçuk hansı futbolçunu lazım bilirsə, onu da meydana buraxır. Təbii ki, mən də hər zaman oynamağa hazıram. Hələ ki, "Qəbələ”dəyəm və bütün fikrim də hazırkı komandamla bağlıdır. Gələcəkdə necə olacağını isə zaman göstərəcək”.