1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"dən tarixi nailiyyət
"Qəbələ" futbol komandası tarixi nailiyyətə imza atıb. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar" ilk dəfə Azərbaycan Premyer Liqasını gümüş medalla başa vurublar.
Bunadək komandanın ən yüksək göstəricisi ardıcıl 3 mövsüm əldə etdiyi bürünc medal olub. Bu dəfə əyalət təmsilçisi sona bir tur qalmış "İnter"i 4:3 hesabı ilə yenərək, vaxtından əvvəl 2-ci yeri təmin edib. Hazırda 52 xalı olan "Qəbələ" 3-cü pillədəki "İnter"i 9 xal üstələyir.
Gümüş medala rəğmən, "qırmızı-qaralar" 2017-2018 mövsümündə də Azərbaycanı Avropa Liqasında təmsil edəcək. Roman Qriqorçukun baş məşqçi olduğu komanda "İnter"lə birgə mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Daha bir vəsiqənin sahibi isə sonuncu turda müəyyənləşəcək. Son vəsiqəyə ya "Zirə", ya da "Kəpəz" sahib çıxacaq.
Qeyd edək ki, Azərbaycanı Çempionlar Liqasında ardıcıl 4-cü mövsüm qızıl medala sahib çıxan "Qarabağ" təmsil edəcək.