1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"nin məşqçiləri cərimələnəcək
"Zirə" ilə Azərbaycan Premyer Liqasının XXVII tur matçında legioner limitini pozan "Neftçi" klubu AFFA İntizam Komitəsinin tətbiq etdiyi texniki məğlubiyyət cəzasına etiraz etməyəcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə klubun açıqlamasında bildirilir. "Ağ-qaralar" qərara hörmətlə yanaşdıqlarını və müvafiq tədbir görəcəklərini bəyan edib: "Təəssüf ki, legioner limiti olan çempionatlarda bəzən bu cür səhvlər olur. Bu səhvə görə əsas komandanın məşqçilər heyəti cərimələnəcək".
Qeyd edək ki, "Zirə" ilə oyunun 68-ci dəqiqəsində Ruslan Abışovun əvəzinə meydana Huqo Barqasın daxil olması ilə legioner limiti pozulub. İntizam Komitəsi görüşün nəticəsini ləğv edərək, "Neftçi"yə texniki məğlubiyyət verib.