1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Yuventus"un ilk titulu - VİDEO
"Yuventus" futbol komandası tarixində 12-ci dəfə İtaliya Kubokuna sahib olub.
Sportnet.az xəbər verir ki, Turin klubu Romadakı "Olimpiko" stadionunda keçirilən final matçında "Latsio"nu 2:0 hesabı ilə məğlub edib. Qolları 12-ci dəqiqədə Dani Alveş, 24-cü dəqiqədə isə Leonardo Bonuççi vurub.
Bu, "Yuventus"un ardıcıl 3-cü ölkə kuboku olub. Əvvəllər isə Turin klubu 1937/1938, 1941/1942, 1958/1959, 1959/1960, 1964/1965, 1978/1979, 1982/1983, 1989/1990, 1994/1995 mövsümlərində bu mükafata yiyələnib.
Qeyd edək ki, "Yuventus" İtaliya çempionatında 85 xalla liderdir. Üstəlik, bu komanda iyunun 3-də Çempionlar Liqasının finalında İspaniya "Real Madrid"i ilə üz-üzə gələcək.