1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ömər Paşayevə yeni təyinat
Azərbaycanlı beynəlxalq dərəcəli hakim Ömər Paşayev yeni təyinat alıb. Sportnet.az-ın məlumatına görə, gənc FİFA referisi 21 yaşadək futbolçular arasında Avropa çempionatının İsveç - Kipr qarşılaşmasını idarə edəcək.
Sentyabrın 5-də İsveçin Falkenberq şəhərindəki eyniadlı arenada keçiriləcək 6-cı qrupun II tur matçında Paşayevə Namiq Hüseynovla Mübariz Haşımov yan xətt, Rauf Cabbarov isə dördüncü hakim qismində yardımçı olacaqlar. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.
Qeyd edək ki, ilk turda Kipr Maltanı 2:1 hesabı ilə yenib, İsveç isə hələ oyun keçirməyib.