1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bir daha Əfran İsmayılov haqda...
Vüqar MƏMMƏDOV
Azərbaycan milli komandasının heyətində Qurban Qurbanovdan sonra ən çox top vuran futbolçu kimdi? Bəlkə də çoxları bilmir. Yazaq, bilməyənlər də bilsin. Bu Vaqif Cavadovdur.
İndi hardadır? Açığı, mən bilmirəm hardadır, hansı klubdadır. Bəlkə Qurbanov kimi yaşlanıb karyerasını bitirib? Xeyr. Onun hazırkı yaşı bir futbolçunun parlaq sayıla biləcək dövrünə aiddir – 28 yaş. Yəni, adətən bir futbolçu bu yaşda karyerasının zirvəsində olur. Amma "Vaqif karyerasının zirzəmisindədir” deyə bilərik.
Niyə belə oldu?
Təbii ki, özündən asılı olan səbəbləri var. Amma asılı olmayan səbəblər də olmamış deyil. Mən burada elə bir səbəb göstərəcəyəm ki, bu, ona psixoloji cəhətdən mənfi təsir göstərməyə bilməz. Sosial şəbəkələrdə ələ salınmasını nəzərdə tuturam.
Son vaxtlar Əfran İsmayılova necə sataşırlarsa, vaxtilə Vaqiflə də bu cür məzələnirdilər. Bəlkə Vaqifə indi də sataşırlar. Ona görə "bəlkə" yazıram ki, belə paylaşımlar görəndə həmin səhifəni izləməkdən çıxıram.
"Facebook”da "Əfran İsmayılov” adında səhifə var. Həmin səhifə İsmayılovu ələ salmaqla məşğuldur. Admin isə səhifənin girişində bunu yumor məqsədi ilə açdığını, Əfrana da, Vaqifə də karyeralarında uğurlar arzuladığını yazıb.
Əvvəla, bu, yumor deyil, satiradır (satira ilə yumorun fərqini bilmək istəyənlər internetdə tapıb oxuya bilərlər). İkincisi, sən əvvəlcə ona ələsalmalarınla mənfi psixoloji təsir göstərirsən, sonra da uğurlar arzulayırsan. Bu isə absurddur.
Bu cür ələsalma istənilən adamın psixikasına mənfi təsir edə bilər. O ki qaldı həssaslığı ilə seçilən futbolçu ola...
Mütəxəssislərin fikrincə, futbolçu oyuna beş müxtəlif cəhətlərdən hazır olmalıdır. Bunlardan biri də psixoloji hazırlıqdır. Sosial şəbəkələrdə özünün ələ salındığını görən futbolçu oyuna psixoloyi cəhətdən hazır ola bilməz! Yalnız bacarıqlı məşqçi fərdi yanaşma ilə futbolçunun şüurunu təmizləyə və oyuna kökləyə bilər. Necə ki bunu San-Marino oyunu öncəsi Robert Prosineçki Əfrana edə bildi. İsmayılovun oyunu da bunu sübut edir: İki qol, Araz Abdullayevin qolunda hücumun təşkili və ümumiyyətlə, parlaq oyun.
Yəqin ki, San Marino ilə oyun Əfranı bu psixoloji zədədən xilas edəcək. Çox güman ki, Prosineçkinin bütün bunlardan xəbəri olub olub və futbolçunun şüuruna "Sən onları susdurmalısan” tipli motivasiyaedici fikirlər yeridib. Əfran da böyük ölçüdə bunu bacardı.
Vaqifə isə belə bir motivasiya olmadı...
Düzdür, hələ də "Facebook” "hücumçuları”nın, türklər demişkən, "atak"larının ardı-arası kəsilmir. Amma artıq bunlar əvvəlki kimi effektli deyil və müqavimətlə, etirazla qarşılanır.
Bu yazını yazmaqda məqsədimiz nədi? "Söz var öldürər, söz var dirildər" deyiblər. Bir tanınmış futbolçunun (yaxud hər hansı tanınmış insanın) bu zirvəyə yüksəlməsi çox ağır zəhmətlər hesabına başa gəlir. Kimsə asanlıqla uğur əldə etmir. Biz yalnız zirvədəki insanı görürük. Bu zirvəyə yüksələrkən, obrazlı desək, hansı yamaclardan, yoxuşlardan keçdiyini, borana, yağışa, qara düşdüyünü görmürük.
Ona görə də gəlin, onlara çamur atmayaq. Onsuz da keyfiyyətli futbolçumuz azdır. Əlimizdə olanları da məhv etməyək.