Türkiyənin "Fənərbağça" klubu "Tottenhem"in hücumçusu Vinsent Yanseni transfer edib.
Sportnet.az klubun rəsmi saytına istinadən məlumat verir ki, 23 yaşlı futbolçu 1 il müddətinə icarəyə götürülüb. Hollandiya millisinin də üzvü olan futbolçu bu gün günorta saatlarında İstanbula gəlib. Sağlamlıq testlərindən uğurla keçən oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, sözügedən hücumçu ötən ildən "Tottenhem"də çıxış edirdi.








































































