İtaliyanın "Yuventus” klubunun prezidenti Andrea Anyelli cəzalandırıa bilər.
Sportnet.az xəbər verir ki, o, bilet satışı ilə bağlı saxtakarlıqda ittiham edilir. Anyellinin günahı sübuta yetirilsə, onun 2,5 illiyə futboldan uzaqlaşdırılması mümkündür.
Həmçinin "Yuventus”un prezidentinin 50, klubunun isə 300 min avro məbləğində cərimələnməsi tələb olunur. Üstəlik, Turin klubu 2 ev oyununu azarkeşsiz keçirə bilər.