1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Neymarla Kavani pul üstündə dalaşıblar
Bakı. 19 sentyabr. REPORT.AZ/ Fransanın PSJ klubunun futbolçuları Edinson Kavani ilə Neymar arasında münaqişəyə pul səbəb olub.
Sportnet.az "L'Equipe” nəşrinə istinadən xəbər verir ki, Fransa çempionatının VI turunda "Lion”la ev oyunu zamanı uruqvaylı hücumçunun penaltini braziliyalı həmkarının yerinə yetirməsinə mane olması bombardir üçün klub rəhbərliyi tərəfindən nəzərdə tutulan 1,5 milyon avro məbləğində bonusla bağlıdır.
Məhz bu səbəbdən oyundan sonra paltardəyişmə otağında hücumçular arasında mübahisə düşüb. Onların əlbəyaxa olmasına isə PSJ-nin kapitanı Tiaqu Silva imkan verməyib.
Qeyd edə ki, PSJ-nin "Lion”a 2:0 hesabı ilə qalib gəldiyi görüşün 80-ci dəqiqəsində E.Kavani penaltidən yararlana bilməyib. Ardından cərimə zərbəsi zamanı Dani Alveş topu uruqvaylıdan alaraq Neymara verib.