
"Persela" komandasının qapıçısı Çoyrul Xuda "Semen Padanq"la İndoneziya çempionatı matçında dünyasını dəyişib.
Sportnet.az-ın məlumatına görə, ilk yarının sonlarında Xuda həmklubu Ramon Rodrigeslə toqquşub. Nəticədə başından və boynundan ciddi zədə alan qolkiper xəstəxanada keçinib.
Qeyd edək ki, daha əvvəl Gürcüstanın "Zuqdidi" komandasının qapıçısı Şota Maminaşvili oyunöncəsi məşq zamanı huşunu itirərək, ölüb.