Türkiyə Super Liqasının 9-cu turunda keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" matçının baş hakimi açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, İstanbul derbisi Cuneyt Çakıra tapşırılıb. Təcrübəli hakimə Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim isə Hüseyn Göçek olacaq.
Qeyd edək ki, maraqla gözlənilən qarşılaşma bazar günü, Bakı vaxtı ilə 20:30-da start götürəcək.