
"Hər iki komandaya və azarkeşlərə təşəkkür edirəm. Çətin oyun keçəcəyini bilirdim. Etdiyim dəyişikliklər bəhrəsini verdi".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov "Sumqayıt"ı evdə 2:1 hesabı ilə yendikləri Topaz Premyer Liqasının X tur matçından sonra CBC Sporta deyib. 46 yaşlı mütəxəssis komandasından razılıq ifadə edib: "Komandamda ruh yüksəkliyi, qorxmadan mübarizə əzmi və hücum futbolu var. Top buraxsaq da, səhvlər üzərində çalışırıq. Futbolçularımız mümkün olmayanı etdilər. Mövsümün əvvəlində hamı "Neftçi"ni 3 xallıq komanda sayırdı. Bu gün isə hamı komandamızdan çəkinir".
O, oyunun sonlarında "Sumqayıt"ın cinahlarındakı boşluqdan yararlandıqlarını vurğulayıb. Əhmədov qış fasiləsində bir neçə futbolçunu heyətə cəlb edəcəklərini də əlavə edib. Baş məşqçi konkret mövqeləri fasiləyədək verəcəyini söyləyib.