1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ansi Aqolli ilə Cavid Hüseynov cəzalandırıldı
AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Premyer Liqasının X turun matçlarından 3-ü ilə bağlı qərar çıxarılıb. Sportnet.az-ın məlumatına görə, cəzalananlardan 4-ü klublar, 2-si futbolçulardır.
"Səbail” komandası ilə oyunun 43-cü dəqiqəsində "Qarabağ”ın müdafiəçisi Ansi Aqolli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb. "Neftçi” ilə görüşdə 5 futbolçusunun sarı vərəqə alması səbəbindən "Sumqayıt” klubu 800 manat ziyana düşüb.
Eyni məbləğdə cərimə "Qəbələ” ilə matçda 7 futbolçusunun sarı vərəqə alması ilə əlaqədar "Zirə"yə kəsilib. Bu görüşün 43-cu dəqiqəsində "Qəbələ”nin kapitanı Cavid Hüseynov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Nəticədə İntizam Komitəsi Hüseynovu 3 oyun cəzaya, klubunu isə 2400 manat cəriməyə məruz qoyub.