1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tahir Süleymanov: “Oseqeylin niyyəti özünü yerə atmaq idi”
"Həmin epizodda Oseqeyl düzgün qərar vermədiyi üçün simulyasiya edir. İdarəçilik baxımdan adı epizoddur. Çünki hücumçu xeyli əvvəldən, Şehiçə yaxınlaşmadan artıq niyyətini göstərir və özünü yerə atır”.
Bunu Sportnet.az-a açıqlamasında sabiq FİFA referisi Tahir Süleymanov Topaz Premyer Liqasının XI turunda "Kəpəz”lə görüş zamanı "Qarabağ”ın qapısına təyin olunan penaltinin ləğv edilməsini şərh edərkən söyləyib. Gəncədə keçirilmiş oyunun 26-cı dəqiqəsində, hesab 0:0 olarkən "Kəpəz”in futbolçusu Viktor Oseqeyl ilə "Qarabağ”ın qapıçısı İbrahim Şehiç arasında cərimə meydançası daxilində mübarizədən sonra qarşılaşmanın baş hakimi Rəhim Həsənov 11 metrlik cərimə zərbəsi təyin edib. Lakin Oseqeyl referiyə yaxınlaşaraq ona qarşı qayda pozuntusu olmadığını bildirib və hakim penalti qərarını ləğv edib.
T.Süleymanovun fikrincə, baş hakimin sıradan bir epizoda düzgün yanaşmaması mənfi haldır: "Oyunun gedişində köməkçinin qərarı ilə penaltinin ləğv edildiyi bildirildi. Epizod köməkçi-hakim tərəfdə deyildi və onun uzaq məsafədən epizoda reaksiya verməsi də doğru deyil. Əgər Rəhim Həsənova köməkliyini göstəribsə, bu, bir daha epizoda uyğun baş hakimin zəifliyini göstərir. 30-35 metrdən epizodu açıq görmək olursa, baş hakim anında bunu hiss etməli, görməli idi. Qərar verilmədən öncə də ani olaraq hakimlər briqadası arasında sinxronluq olmalıdır. Bu baxımdan da səhvə yol verilib. Kadrlarda göründüyü kimi, Şehiç və digər futbolçuların Oseqeylə yaxınlaşması, onların etirazı hücumçunun mənəvi tellərinə toxunur və simulyasiya etdiyini baş hakimə bildirir”.
Qeyd edək ki, matç "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.