Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunlarının vaxtı müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, 8 qarşılaşmadan 2-si noyabrın 28-də Bakıda olacaq. Həmin gün əvvəlcə Premyer Liqa və I Divizionun liderləri "Qarabağ" və "Qaradağ Lökbatan" üz-üzə gələcək. Daha sonra "Neftçi" ilə "Zaqatala" arasındakı görüş başlanacaq.
Qalan 6 matç noyabrın 29-da olacaq.
28 noyabr (çərşənbə axşamı)
16:00. "Qarabağ” – "Qaradağ Lökbatan”
"Azersun Arena”
17:00. "Neftçi” – "Zaqatala”
"Bakcell Arena”
29 noyabr (çərşənbə)
13:30. "Şüvəlan” – "Səbail”
"AZAL Arena”
13:30. MOİK – "Keşlə”
"Bakı” FK-nın təlim-məşq bazasının stadionu
13:30. "Kəpəz” – "Binə”
"Dalğa Arena”
14:00. "Qəbələ” – "Mil-Muğan”
Qəbələ şəhər stadionu
16:00. "Zirə” – "Xəzər”
Zirə İdman Kompleksinin stadionu
16:00. "Sumqayıt” – "Sabah”
"Kapital Bank Arena”