
Topaz Premyer Liqasının IV turundan təxirə salınmış "Səbail" - "Qarabağ" matçından sonra insident baş verib. Sportnet.az-ın məlumatına görə, qonaq komandanın kapitanı Rəşad Sadıqovun qardaşı ilə polislər arasında mübahisə düşüb.
Onların sözlərinin nədən çəp gəldiklərinin səbəbi bilinmir. Polis olayı telefonla çəkən jurnalistlərə təzyiq göstərib.
Qeyd edək ki, görüş "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 2:0.