Türkiyə Super Liqasının 15-ci turunun ilk matçında "Fənərbağça" səfərdə "Bursaspor"la qarşılaşıb.
Sportnet.az-ın məlumatına görə, matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın yeganə qolunu qarşılaşmanın 66-cı dəqiqəsində Giuliano vurub.
Braziliyalı futbolçu penaltidən fərqlənib. İstanbul təmsilçisi ardıcıl 4 cü dəfə meydanı 3 xalla tərk edib. Bu matçdan öncə "Fənərbağça" "Sivasspor", "Antalyaspor" və "Kasımpaşa"nı üstələyib.
Qeyd edək ki, bu qələbədən sonra "Fənərbağça" turnir cədvəlində 2-ci pilləyə yüksəlib.