
İngiltərə Premyer Liqasında XVI tur gözlənilməz nəticə ilə başlayıb. Sportnet.az-ın məlumatına görə, "Çelsi" klubu turun açılış matçında səfərdə autsayder "Vest Hem"ə uduzub.
Yeganə qolu 6-cı dəqiqədə Marko Arnautoviç vurub. Bu qələbə sayəsində xallarını 13-ə çatdıran "Vest Hem" 16-cı pilləyə yüksəlib. "Çelsi" isə 32 xalla 3-cüdür.
Qeyd edək ki, "zadəganlar" Çempionlar Liqasında "Qarabağ"la birgə yer aldıqlarını C qrupunu 11 xalla 2-ci pillədə başa vuraraq, 1/8 finala yüksəliblər.