
İspaniya "Real Madrid"inin hücumçusu Kriştianu Ronaldu klub futbolu tarixində 500 qələbə həddinə çatıb. Sportnet.az-ın məlumatına görə, portuqaliyalı forvard yubiley göstəriciyə "Sevilya" ilə La Liqanın XV tur matçında nail olub.
Start heyətdə meydana çıxan Ronaldu "dubl" edib və 76-cı dəqiqədə əvəzlənib. 32 yaşlı oyunçu indiyədək 301 dəfə "Real Madrid"lə, 186 dəfə İngiltərə "Mançester Yunayted"i ilə, 13 dəfə isə Portuqaliya "Sportinq"i ilə sevinib.
Bu həftə o, karyerasında 5-ci dəfə (əvvəllər 2008, 2013, 2014 və 2016-cı illərdə) "Qızıl top"a sahib olub.
Qeyd edək ki, "Real Madrid" "Sevilya"nı 5:0 hesabı ilə yenib.