Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda Gəncədə "Keşlə”ni qəbul edəcək "Kəpəz” qarşıdakı matçın hazırlıqlarına başlayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakıda keçirilən ilk görüşdən sonra komanda üzvləri istirahət etmədən dünən məşqə çıxıblar. "Sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçib. Komandanın bugünkü məşqi isə Bakı Olimpiya Stadionunun yardımçı meydançasında olacaq.
Yunis Hüseynovun rəhbərlik etdiyi kollektiv oyun öncəsi son çalışmasını Gəncədə görüşün reallaşacağı şəhər stadionunda keçirəcək. Məşq prosesi dekabrın 13-ü saat 15:30-a təyin olunub.
Qeyd edək ki, ilk oyun "Keşlə”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Dekabrın 14-də baş tutacaq cavab görüşü saat 13:00-da başlayacaq.