1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Roman Qriqorçuk: "Bu barədə nə isə demək mümkün deyil"
Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Qəbələ” səfərdə "Səbail”i 4:2 hesabıyla məğlub edib. Evdə keçirdiyi ilk matçda 1:0 hesabıyla qalib gələn "qırmızı-qaralar” yarımfinala vəsiqə qazanıb.
Sportnet.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Ukraynalı mütəxəssis əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bildirib:
- Qələbə bizi növbəti mərhələyə çıxardı. İlk yarını pozitiv, xoş əhval-ruhiyyədə bitirdik. Tətilə xoş hisslərlə gedirik. Futbolçularımı təbrik etdim.
- Endi Hallidey son vaxtlar az şans qazanır. Qış fasiləsində onun göndərilmək ehtimalı var?
- Hal-hazırda bu barədə nə isə deyə bilmərəm. Kim gələcək, kim gedəcək, bu barədə nə isə demək mümkün deyil. Hələ ki, bütün oyunçular bizimlədi.
- Birinci oyunda çox qol vəziyyəti yaratsaz da, cəmi bir qol vura bildiz. Bu gün isə ilk qolu siz buraxdız. Bu, rəqibi dəyərləndirməməklə bağlı deyil ki?
- Deməzdim ki, rəqibə ciddi yanaşmamışdıq. Sadəcə, autdan bir top atdılar və səhvə yol verdik.
- Millidə çalışacaq Ramin Quliyevi məşqçilər korpusunda kim əvəz edəcək?
- Hələ ki, bəlli deyil