Peşekar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Sumayıt"ın "Qarabağ"ı 2:0 hesabı ilə üstələdiyi oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
"Baxımlı, əzmkar oyun oldu. "Sumqayıt” layiqli qələbə qazandıq. Baxmayaraq ki, komandanın baş məşqçisi Samir Abasov ölkədən kənardadır. Ona işlərində uğurlar arzulayıram.
- Bu nəticəni gözləyirdiniz?
- Desəm ki, gözləyirdim, inanmayacaqsınız. Belə nəticə gözləyirdim. Hətta Əmrəh Çəlikəllə bura gələndə dedim ki, baxmağa ehtiyac yoxdur. (gülür).
- "Sumqayıt”ın paltardəyişmə otağına daxil olanda səs-küy qopdu. Nə baş verirdi?
- Komandanı təbrik etdim. Hamısı yerli futbolçularımızdı. Təbrik etmək ixtiyarımız yoxdur?
- Adətən belə səs-küy mükafat veriləndə olur...
- Mükafat üçün pul var? Olsa, verərəm (gülür). Pul olsa, böyük məmnuniyyətlə verərdim. Amma maddi sıxıntılar var. Büdcəmizdə qırmızı işıq yanır.