Azərbaycan Kubok ¼ final mərhələsində cavab oyununda doğma meydanda "Qarabağ"ı 2:0 hesabı ilə üstələtəyən "Sumqayıt"ın məşqçisi Seymur Rəhimov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:
Sportnet.az-ın məlumatına görə, o, öncə oyun haqda danışıb.
"Çox maraqlı oyun alındı. Böyük komandaya qarşı oynayırdıq. Futbolçulara təşəkkür dirəm. Canların qoydular. Azarkeşlərimizə təşəkkür edirəm. Qurban müəllimin də işin də uğurlar arzulayıram. O bizim böyük qardaşımızdı.
Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Futbolçuar "Qarabağ”dan çəkinmirdi...
- Komandamız gənclərdən ibarətdir. Əzmkarlıq var. Motivasiya etməyimiz işə yaradı.
- Samir Abasovla danışdınızmı?
- Xeyr, onunla danışmamışam.
- Sizcə oynun ən yaxşısı kim idi?
- Bütün futbolçularım yaxşı idi. Mehdi Cənnətovdan tutmuş, Xəyal Nəcəfova qədər. Bundan sonra kubok daha maraqlı olacaq. Bu qələbə daha çox Samir Abasovun zəhmətinin bəhrəsidir. "Keşlə” ilə qarşılaşacaqsınız. Onlar da fasilədə heyəti gücləndirəcək...
- Final şansınızı necə qiymətləndirirsiniz?
- Hələ yolumuz uzundu. Düşünürəm ki, yaxşı olacaq. "Keşlə”yə də uğurlar arzulayırıq. Biz də əlimizi aşağı salmayacağıq.