
Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanov köməkçilərini müəyyənləşdirib.
Sportnet.az-ın məlumatına görə, bu barədə 45 yaşlı mütəxəssis keçirdiyi mətbuat konfransında bildirib. O deyib ki, Elçin Rəhmanov və Çudomir Çakarov köməkçisi, Dmitri Kramarenko qapıçılarla iş üzrə məşqçi olacaq. Qurbanov əlavə köməkçilərinin olmasının da mümkünlüyünü vurğulayıb.