1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ronaldu “El-Klasiko”ya xüsusi proqramla hazırlaşır
İspaniyanın "Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldu "Barselona” ilə oyuna xüsusi proqram əsasında hazırlaşır.
Sportnet.az "Football Espana”ya istinadən xəbər verir ki, 32 yaşlı hücumçu bu gün ümumi qrupdan ayrı məşq edib.
Portuqaliyalı forvard dekabrın 16-da klublararası dünya çempionatının finalında Braziliya "Qremio”sunu 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra baldır əzələsində diskomfort hiss edib. Lakin o, jurnalistləri əmin edib ki, "El-Klasiko”ya qədər hazır olacaq.
Qeyd edək ki, "Real Madrid” dekabrın 23-də La Liqanın XVII turu çərçivəsində "Barselona”nı qəbul edəcək. Matç Bakı vaxtı ilə 16:00-da başlayacaq.